Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobilin yük yerində gizlənərək karantin qaydalarını pozan saxlanılıb - Video

Balakəndə karantin qaydalarını pozaraq avtomobilin yük yerində gizlənib rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişin saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Balakən rayonunda xüsusi karantin qaydalarını pozaraq avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs saxlanılıb. Belə ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki şəhər sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
››› Rusiyadan Azərbaycana təyyarə uçuşlarının sayı artacaq
Son xəbərlər
Bütün xəbərlər »