Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeyib-içmək məclisi" təşkil edib sosial şəbəkədə paylaşanlar həbs olunub - Video

Kür çayının sahilində yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 19 nəfər saxlanılıb, onlardan ikisi həbs edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Belə ki, Zərdab rayonu Aşağı Seyidlər kəndində “Seyidlər bağı” adlanan ərazidə Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib xüsusi karantin qaydalarını kobudcasına pozublar. Daha sonra həmin şəxslər təşkil etdikləri məclisin video görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Məlumat daxil olan kimi Zərdab Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştiirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »