Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin qaydalarını pozan sərxoş sürücü saxlanılıb

Şabranda sərxoş halda karantin qaydalarını pozan sürücü saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində xidmətdə olarkən sərxoş halda yük avtomobili idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar. Belə ki, Hacıqabul rayonunun Atbulaq kənd sakini Babək Güləliyev idarə etdiyi yük avtomobili ilə saxlanılıb və onun spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyən edilib.

Saxlanılan zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmayıb.

Həmin sürücü barəsində RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və B.Güləliyev Şabran Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 15 gün müddətində həbs edilib.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »