Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada koronavirusa yoluxanların sayı 2 milyona çatır

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı durmadan artır.

“Report” “Worldometers”ə istinadən xəbər verir ki, hazırda 1 999 841 nəfərin koronavirus testləri pozitiv nəticələnib, 126 741 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 483 501 nəfərə çatıb. Hazırda 51 603 nəfərin vəziyyəti ağırdır.

Təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb. Burada 614 211 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 26 064 nəfərdir.

Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur – 174 060 yoluxma və 18 255 ölüm.

İtaliyada isə 162 488 nəfər yoluxub, 21 067 nəfər dünyasını dəyişib.

Almaniyada 132 210 yoluxma və 3 495 ölüm, Fransada 143 303 yoluxma və 15 729 ölüm, Böyük Britaniyada 93 873 yoluxma və 12 107 ölüm faktı qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 65 111 nəfər yoluxub, 1 403 nəfər ölüb. İranda isə 74 877 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 683 nəfər pandemiyanın qurbanı olub.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »