Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş SSRİ respublikasında yaradıcı insanlara 1800 avro kompensasiya verilir

Litva hökuməti koronavirusa görə yaradıcı insanlara kömək etmək qərarına gəlib. Pandemiya üzündən işini, qazancını itirən aktyorlar, rəssamlar, mədəniyyət işçiləri dövlətdən pul alacaq.

Bizimyol.info xəbər verir ki, Litvada yaradıcı insanlara hər ay 607 avro verilməsi nəzərdə tutulub. Beləcə, onlar üç ay ərzində 1800 avrodan çox kompensasiya ala biləcək.

Litva Mədəniyyət Nazirliyinin sözçüsü Yan Mikuleviç “İnterfaks”a açıqlamasında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, ölkədə yaradıcı kateqoriyaya aid təxminən 5200 nəfər müəyyənləşdirilib. Yəni Litva hökuməti onlara hər ay 3 milyon avrodan çox ödəyəcək.

Məlumata görə, 114 nəfər artıq öz kompensasiyasını ala bilib. İlk mərhələdə 1100 yaradıcı insana yardım çatdırılması nəzərdə tutulub.

Litvada indiyə qədər 1070 nəfərdə infeksiya aşkarlanıb. Pandemiya 26 litvalının həyatına son qoyub. Keçmiş SSRİ respublikasının Səhiyyə Nazirliyi 101 nəfərin sağaldığını bildirir.

Bütün dünyada virusa yoluxanların sayı 2 milyon nəfərə yaxınlaşır. Son məlumata görə, təxminən 122 min insan həyatını itirib.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »