Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elman Rüstəmov: "Valyuta bazarında vəziyyət normallaşıb"

"Mart ayının birinci ongünlüyündə bütövlükdə pandemiya, karantin tədbirləri və OPEC sazişlərinin uğursuzluğu təbii ki, bizim əsas maliyyə bazarlarımıza, valyuta bazarımıza ciddi təsir göstərdi".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

"Həmişə olduğu kimi, xüsusilə də nağd pul sahibləri tərəfindən ajiotaj, dollarizasiya problemləri başladı və bir çox ciddi pik tələblərlə rastlaşdıq. Lakin vaxtında görülən tədbirlər nəticəsində artıq situasiya normallaşıb. Demək olar ki, situasiya martın əvvəllərində, yaxud ilin əvvəlində olduğu səviyyəyə çatıb və bu istiqamətdə işlərimizi davam etdiririk", - deyə o, qeyd edib. (Report.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »