Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz Mənsimovun bədənindəki yaralar irinləyir

Türkiyədə həbs həyatı yaşayan “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti pisləşir. Mənsimovun köməkçisi Fidan Quliyevanın verdiyi məlumata görə, onun bədənindəki yaralar irinləməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, “Palmali” şirkətlər qrupunun rəhbərinin səhhəti yaxşı deyil. İş adamının cərrahiyyə əməliyyatına görə bədənində olan yaralar irinləyir. “Bu da onun həbsxanada vaxtında və düzgün müalicə almamasının, sağlamlığının bərpası məqsədilə lazımi tədbirlərin görülməməsinin nəticəsidir”, - Fidan Quliyeva belə deyib.

Köməkçisi deyir ki, iş adamının durumu haqda məlumatları onun vəkillərindən alır. Mənsimovun vəkilləri xəstəxanaya yerləşdirilmə üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etdiklərini, amma nəticə hasil olmadığını bildirir.

Fidan Quliyevanın sözlərinə görə, cərrahiyyə əməliyyatından sonra Mənsimovun müalicə alması, əməliyyat yerinin sağalması üçün bir sıra tibbi prosedurlarun qəbuluna ehtiyac vardı. Amma onun saxlandığı həbsxana şəraiti buna imkan vermir: “Əməliyyatdan sonra həbsdə Mübariz Mənsimov müalicə almadığı, dərman qəbul etmədiyinə görə səhhəti daha da pisləşməyə doğru gedir. Bununla əlaqədar vəkillər bütün aidiyyəti instansiyalara yazılı etirazlar verirlər”.

Türkiyə vətəndaşı olan azərbaycanlı iş adamı martın 15-dən həbsdədir. O, Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə (FETÖ) əlaqələrdə günahlandırılır.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »