Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada yoluxma sayında son bir ayın ən aşağı göstəricisi qeydə alındı

İtaliya koronavirusla bağlı mübarizədə müsbət nəticələr əldə etməyə başlayıb. Burada yoluxma sayında son bir ayın ən aşağı göstəricisi qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, İtaliyada sutka ərzində cəmi 2972 nəfərin virus testi müsbət nəticə göstərib. Bununla da konavirusa yoluxanların ümumi sayı 162 min 488 olub.

Axırıncı dəfə martın 13-də daha aşağı göstərici qeydə alınmışdı. Həmin gün 2547 nəfərdə virus aşkarlanmışdı.

Təəssüf ki, ölənlərin sayında ciddi eniş müşahidə edilmir. İtaliya Səhiyyə Nazirliyində bunu ağır vəziyyətdə olanların ölüm statistikası ilə əlaqələndirirlər.

Son sutka ərzində Avropa ölkəsində daha 602 nəfər pandemiyadan həyatını itirib. İndiyə qədər ölənlərin sayı 21 min 67 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 1,96 milyon insanda viruş aşkarlanıb. İnfeksiya təxminən 123,5 min nəfərin həyatına son qoyub.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »