Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanı neftin qiymətini “öldürür”

OPEK+ razılaşmasından sonra neftin qiymətinin xeyli artacağı gözlənilsə də, əks proses baş verir. Təbii sərvətin dəyəri dayanmadan azalır.

Bizimyol.info xəbər verir ki, bu gün neftin qiyməti təxminən 2 dollar aşağı düşüb. Günə 31,74-lə başlayan “Brent”in bareli 29 dollar civarında təklif olunur. Bir neçə dəqiqə əvvəl 29,80 göstəricisi qeydə alınıb.

Rusiya mətbuatı yazır ki, Səudiyyə Ərəbistanı razılaşmaya qol qoysa da, israrla neftin qiymətini “öldürür”. Ölkənin əsas neft şirkəti “Saudi Aramco” aprelə nisbətən may üçün məhsulunu 4,2 dollar ucuz təklif edir. Üstəlik, ərəblər Cənubi Avropa ölkələrinə daha ucuz neft satacağını bildirib. Avropalılar 10,3 dollar ucuz məhsul əldə edə biləcəklər. Şübhəsiz ki, bu addımlar neftin ümumi qiymətinə yalnız mənfi təsir göstərir.

Qiymətin kəskin aşağı düşməsi martın 6-da qeydə alınmışdı. Rusiya ilə Səudiyyə Ərəbistanının ortaq məxrəcə gələ bilməməsi zamanla qiyməti az qala iki dəfə aşağı saldı. Aprelin 12-də OPEK+ üzvlərinin yeni razılaşma əldə etməsinə baxmayaraq, neftin gələcəyi işıqlı görünmür.

Son xəbərlər
Bütün xəbərlər »