Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niderlandda koronavirusdan ölənlərin sayı 3 000 nəfərə çatır

Niderlandda daha 122 nəfər koronavirusun qurbanı olub.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 2 945 nəfərə çatıb.

Bildirilib ki, Niderlandda daha 868 nəfərə koronavirus diaqnozu qoyulub və infeksiya daşıyıcılarının sayı 27 419-a yüksəlib.

Eyni zamanda indiyədək krallıqda 250 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 946 000-i ötüb. Bunların 460 146 nəfəri sağalıb, 121 710 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report.az)

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »