Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkələrində uşaq bağçaları, parklar, mağazalar açılmağa başlayıb

Dünyada koronavirusa yoluxanların sayında müəyyən azalma müşahidə edilir. Xüsusilə Avropada bu istiqamətlə sabitlik yaranmağa başlayıb. Buna görə də qitənin bir çox dövlətlərində ənənəvi həyatı bərpa etmək qərarına gəliblər.

Bizimyol.info xəbər verir ki, Avropa ölkələrində uşaq bağçaları, parklar açılmağa başlayıb. Avstriya bu məsələdə xüsusi fərqlənir. Bu gündən xeyli qadağa aradan götürülür. Cəmi 14 mindən bir az artıq virus daşıyıcısının qeydə alındığı ölkədə kiçik mağazalara işləməyə icazə veriblər. Parklar da avstriyalıların üzünə açıqdır. Sadəcə, insanların maska taxması məcburidir.

Almaniyada son sutka ərzində əvvəlki günlərə nisbətən xeyli az yoluxma müşahidə edilib. Buna görə də həyatın bərpası labüd görünür. Bazar gününə qədər rəsmi karantin rejimidir. Sabah mütəxəssislərin iştirakı ilə federal hakimiyyətin toplantısı olacaq. Böyük ehtimalla karantin rejimi dayandırılacaq. Hərçənd, müddətin 7-10 gün uzadılması da mümkündür.

Danimarkada bu həftədən uşaq bağçaları fəaliyyətini bərpa etməyə başlayıb. Çexiyada karantin qaydalarını yumşaltmaq qərarı veriblər. Bir həftədir burada həyat daha normal təsir bağışlayır. Çexlərdən yalnız sosial məsafəni qorumaq xahiş olunur.

Dünyada virusa yoluxanların sayı 2 milyona yaxınlaşır. 120 mindən çox şəxs həyatını itirib. Virusa yoluxanların 900 minindən, ölənlərin 80 minindən çoxu Avropanın payına düşür.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »