Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə qəbul edilən yeni qanundan 90 min məhbus yararlanacaq

“Türkiyə Böyük Millət Məclisində qəbul edilən yeni qanunda həm qurbanlar, həm də cinayətkarlar üçün daha ədalətli düşünülüb. Məhkəmə İslahatları Strategiyasını bu qanunun ən vacib bağlantılarından biri hesab edirəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan icra mexanizmini də özündə ehtiva edən "Cəza və təhlükəsizlik tədbirləri haqqında" qanuna edilən əlavə və dəyişikliklər haqqında qanun layihəsinin Türkiyə Böyük Millət Məclisində (TBMM) təsdiqini dəyərləndirərkən belə bildirib. Prezident deyib ki, qanun layihəsi Türkiyənin rəsmi qəzetində dərc olunduqdan sonra qüvvəyə minəcək.

Ərdoğan bildirib ki, cəzaçəkmə müəssisələrindəki məhkumların koronovirus pandemiyasına yoluxma təhlükəsinin qarşısını almaq üçün bütün müvafiq tədbirlər də qanundakı dəyişikliklərdə əks olunub: “Hüquqları, həyatı və sağlamlıqları dövlətə həvalə olunan bu insanların pandemiyaya yoluxmamaları üçün hər bir tədbir görülür”.

Prezident deyib ki, qanun layihəsində hamilə və yeni övlad dünyaya gətirmiş cəza çəkən qadınların lehinə humanizm prinsipləri qorunub: “Bəşəriyyətin əsla bitməyən bir idealına çevrilən ədalət yolunda daha çox iş görməliyik”.

R.T.Ərdoğan qeyd edib ki, yeni qanunda edilən dəyişikliyə görə, bəzi məhkumlar cəzasının yerdə qalan hissəsini şərti cəza ilə azadlıqda çəkə biləcək.

Qeyd edək ki, TBMM-də təsdiq edilən yeni qanun layihəsi 90 mindən çox məhbusa şamil olunacaq. (Apa.az)

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
Son xəbərlər
Bütün xəbərlər »