Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Həkim: “Sərt karantin qaydaları koronavirusdan da dəhşətli nəticələr verə bilər”
Karantini pozan şəxslərlə bağlı göstəriş verildi

“Hazırda Rusiyada koronavirusla bağlı tətbiq edilən məhdudiyyətləri tam mənada karantin hesab etmək olmaz. Eyni zamanda sərt karantin tədbiləri elə ağır nəticələr verə bilər ki, koronavirus onunla müqayisədə daha yaxşı görünər.

Bizimyol.info xəbər verir ki, bu fikri “Rossiya1” kanalının efirindən tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov səsləndirib.

Onun fikrinə görə, karantin sərtləşdikcə onun vurduğu zərbələr epidemiyadan daha ağır olacaq.

”Biz insanları özünü təcridə səsləyirik ki, yoluxma zənciri qırılsın. Mən əminliklə bunu deyə bilərəm ki, izolyasiya tədbirləri uzun müddət davam etməməlidir.Yoxsa sonrakı nəticələr elə ağır olacaq ki, COVİD-19 onunla müqayisədə xoşbəxtlik kimi görünəcək.Məişət zorakılığı, psixi xəstəliklər, kəskinləşmiş xroniki xəstəliklər və üstəgəl çətinləşmiş iqtisadi problemlər. Lakin az müddətli karantin də koronavirusun yayılma şansını artıracaq” -deyə o bildirib.

Qeyd edək ki, Rusiyada virusla bağlı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər digər ölkələrə nisbətən daha mülayimdir. Aprelin 30-na qədər ümumi tətil günləri verilib. Sabahdan etibarən ictimai nəqliyyatdan istifadə etmək üçün xüsusi buraxılış rejimi tətbiq ediləcək.

Eyni zamanda paytaxt Moskvadan əyalətlərə getmək istəyənləri əyalətlərdə heç də xoş qarşılamırlar.

İlhamə

Paylaş »
››› Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı
››› İyunda bürcləri nə gözləyir...
››› Məktəbli qız araqdan komaya düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »