Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirusdan sağalmış şəxslər evlərini tərk etməməlidirlər

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb. Azərbaycanda eyni zamanda 12 nəfər COVID-19 virusundan vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Maraqlıdır, evə buraxılan şəxslər başqalarını yoluxdurmaq təhülkəsi daşıyırlarmı? Çünki türk telekanallarında evə buraxılan sağalmış pasiyentlərə “siz artıq heç kim üçün təhlükəli deyilsiniz” deyilir. Azərbaycanda bu şəxslər öz ailə üzvləri üçün yenidən təhlükəli ola bilərlərmi?

Bizimyol.info TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevaya istinadən bildirir ki, evə buraxılan pasiyentlərin karantini davam edir və karantinin pozulması cinayət sayılır.

“Azərbaycanda koronavirusdan sağalan vətəndaşlarla mütəmadi olaraq əlaqə saxlanılır: "Onların səhhətində hər hansı dəyişikliyin baş verməsi nəzarətdə saxlanılır. Xəstəxanadan buraxılan şəxslər öz evlərinə gedirlər, lakin evdə karantin şərtlərinə riayət olunur. Onlar hələ xəstəxanada olarkən sənədlərə qol çəkirlər ki, müəyyən bir vaxt ərzində evlərini tərk etməyəcəklər və xüsusi bəndlərə riayət edəcəklər. Onlar evlərini tərk etsələr, artıq bu, cinayət məsuliyyətidir".

Azərbaycanda eyni zamanda 12 nəfər COVID-19 virusundan vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

İlhamə

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
Son xəbərlər
Bütün xəbərlər »