Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlarını "otlamağa məcbur edib” videoya çəkən ata polisə aparıldı

"Uşaqlarını videoya çəkən Şamaxı rayon sakini polis şöbəsinə gətirilib".

Bunu Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və sonra onu videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsdən danışarkən deyib. Ehsan Zahidov qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daima diqqət mərkəzindədir:

Ehsan Zahidov Ehsan Zahidov

"Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri özünün, biri isə qohumudur. O, dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. İkram Xudiyev etitaf elədi və bildirdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, İkram Xudiyev inzibati xətalar məcəlləsinin müvafaiq maddəsinə əsasən cərimə olunub".

Qeyd edək ki, sosial şəbəkədə azyaşlı uşaqlarla bağlı videogörüntü paylaşılıb. Həmin görüntüdə ata pay torpağı olanlara yardım verilməməsinə işarə edərək uşaqlarını həyətyanı sahədə otlamağa "məcbur edir”.(qaynarinfo.az)

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »