Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusa qarşı 3 vaksinin klinik sınaqları başladıldı

Çin hökuməti SARS-CoV-2-a qarşı 3 vaksinin klinik sınaqlarına icazə verib.Bizimyol.info RİA- Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çinin Elm və Texnika Nazirliyinin rəsmisi U Yuanbin məlumat verib.

O qeyd edib ki, ilk olaraq adenovirus vektoru əsasında akademik Çen Veyin komandası tərəfindən hazırlanmış preparata razılıq verilib. Ötən həftə vaksinin ikinci mərhələsininin yoxlanılması üçün könüllülər toplanıb. Alimin dediyinə görə, bu dünyada ikinci mərhələsi sınaqdan keçirilən ilk vaksindir.

Həmçin Uxan Virusologiya İnstitutunun komandası Sinopharm Group və Sinovac Research & Development Co şirkətlərinin birgə hazırladığı biopreparatın sınaqları başladılıb.

Çinli alimlər və profil şirkətlər birdən-birə 5 növ vaksin üzərində çalışmalara başlayıblar. Çinin baş epidemioloqu Çjun Nanşan qeyd edib ki, adenovirus vektor və inaktivə edilmiş vaksinlər üzərində iş daha sürətlə gedir.İndiyə qədər 108 könllü 3 qrupa bölünərək vaksin sınaqlarında iştirak edib.36 nəfərlik qrupların birinə zəif, digərinə orta, üçüncüsünə güclü dozada vaksin vurulub.Bu ilin dekabrına qədər preparatın kliniki sınaqları davam etdiriləcək. Həkimlər onun bazara proqnozlaşdırılandan daha tez çıxacağını qeyd edirlər.

Koronavirus Antarktida istisna olmaqla bütün qitələrdə , 185 ölkədə qeydə alınıb. ÜST-ün məlumatına görə, 1,8 milyon nəfər yoluxub, onlardan 113 min nəfəri ölüb. Paralel olaraq xəstəliklə bağlı statistika toplayan ABŞ Hopkins Universitetinin məlumatına görə isə 2 milyon yoluxma halına qarşı 119766 nəfər ölüb,458 min nəfər sağalıb. Hazırda ən çox ölüm sayı ABŞ, İtaliya, İspaniya və Fransada qeydə alınmaqdadır.

İlhamə Rəsulova

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »