Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aqrar kreditlərə güzəştlər edildi

Aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddəti artırılıb.

Bu barədə Bizimyol.info-ya şərhində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitki Ayaz Museyibov qeyd edib.

Analitik bildirib ki, yeni dəyişikliklərə əsasən aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddəti 1 il artırılıb, kredit məbləğləri isə 3 dəfə artırılıb.

Onun sözlərinə görə, müvafiq dəyişikliklə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə aqrar sahədə kredit təminatların verilməsi mexanizmi formalaşdırıldı: “Digər tərəfdən, yeni mexanizm AKİA-nın vəsaitləri vasitəsilə verilmiş kreditlərin verilməsində banklara tətbiq olunan faiz dərəcəsi üzrə yuxarı limit təyin edir. Belə ki Agentlik Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir.

Müvəkkil kredit təşkilatlarının AKİA-nın kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalıdır. Xüsusilə də Qaydada nəzərdə tutulmuş təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanacaqdır ki, bu da bank risklərinin azalması və bu sahəyə daha çox maliyyə resurslarının ayrılmasına imkan yaradacaqdır".

Qeyd edək ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 2020-ci il 08 aprel tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı pandemiyanın vurduğu zərərlərdən kənd təsərüffatı sisteminin qorunması istiqamətində atılmış növbəti dəstək mexanizmidir.

Ramid İbrahimov

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »