Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial qayğıya ehtiyacı olan ailələrə sovqat çatdırılıb

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının

alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl

olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış

üzrə Dövlət Xidməti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, Xidmətdən verilən məlumata görə, yerli idarə, şöbə və bölmələrinin əməkdaşları aprel ayının 13-də və 14-də

respublikamızın şəhər və rayonları əhatə olunmaqla bir qrup aztəminatlı ailəyə baş

çəkiblər.

Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara,

şəhid və veteran ailələrinə ərzaq bağlamaları çatdırılıb.

Xidmət əməkdaşları baş çəkdikləri ailələrlə maarifləndirici söhbətlər aparıb, onlara evdə

qalmağı tövsiyə edib, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının

vacibliyindən danışıblar. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə

rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »