Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz yolla gətirilən külli miqdarda siqaret aşkarlanıb - Video

Gömrükçülər ölkəmizə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatının

realizə edilməsinin qarşısını alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə bir qrup şəxsin qanunsuz yolla ölkə ərazisinə gətirdiyi tütün məmulatının satışının təşkil edilməsi barədə məlumat daxil olub.

Həmin məlumat əsasında, "Mercedes-Benz E 220 CDI" markalı avtomobil Bakı şəhəri, Qaradağ rayonu ərazisində saxlanılıb. Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonunda 2 ədəd, yük yerində isə 3 ədəd qutuda aksiz markasız siqaretlərin olduğu müəyyən edilib.

Daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirilən avtomobilə təkrar baxış keçirilib. Baxış zamanı avtomobildəki qutularda, ümumilikdə 69800 ədəd xaricdə istehsal olunan, aksiz markasız müxtəlif adda siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »