Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evdən qızıl-zinət əşyaları oğurlayan saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinə mart ayında rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 5000 manat dəyərində qızılların oğurlanması müəyyən edilib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »