Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Virusun ikinci pik həddi gözələnilir”

İnsanlar aprelin 20-ni böyük ümidlə gözləsələr də, ilk görünən budur ki, karantin müddəti uzadılacaq. Hökumət rəsmiləri bununla bağlı ilk siqnalları verdilər.

Əslində narahatlıq əsassız deyil, yoluxma sayında nisbi azalma müşahidə olunsa da, buna kəskin azalma demək mümkün deyil. Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Bizimyol.info-ya bildirib ki, karantinin aradan qaldırılıb qaldırılmayacağına Operativ Qərargah qərar verəcək və virusun ikinci yayılma dalğası ehtimalı bütün dünyada gözləniləndir.

“Dünya təcrübəsində və ölkələrin nümunəsindən göründüyü kimi, virusun ikinci hücumları və ya ikinci piklər olmaqdadır. Bunu nəzərə alaraq biz çox ehtiyatlı davranmalıyıq. Bildirmək istəyirəm ki, məsələ hələ bitmiş deyil. Bu virusun ikinci pik həddinə nə vaxt keçəcəyinə dair konkret məlumat yoxdur, ona görə əhali ehtiyatlı davranmağa davam etməlidir.

Aprelin 20-dən sonra karantin rejimində hansısa yüngülləşmələrin olması və ya ləğvi məsələsi ancaq Operativ Qərargahın apardığı analiz və müzakirələrdən sonra məlum olacaq”,- deyə millət vəkili bildirib.

İlhamə

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »