Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanı neft müharibəsini davam etdirir

OPEK+ çərçivəsində razılaşmaya baxmayaraq, Səudiyyə Ərəbistanı neft müharibəsini davam etdirmək qərarına gəlib. “Bloomberg” bununla bağlı maraqlı məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanının ən əsas neft şirkəti may qiymətlərini elan edib. “Saudi Aramco” aprelə nisbətən qiyməti 4,2 dollar aşağı salıb. Bu onu göstərir ki, ərəblər neft müharibəsini dayandırmaq fikrində deyil. Elə “Saxo Bank”ın analitiki Ole Hansen də belə düşünür. Onun fikrincə, “Saudi Aramco” ümumi razılaşmaya qol qoysa da, bazardakı payı üçün hər şey edəcək.

Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı

OPEK+ razılaşması dünən baş tutmuşdu. Razılaşmaya görə, may-iyun üçün hasilat sutkada 9,7 milyon barel olacaq. Yaxın Şərq ölkələrini hasilatı bir az da azaltmağa hazırdır.

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

OPEK+ razılaşması əvvəlcə neftin qiymətini artırsa da, sanki bu istiqamətdə müəyyən sabitlik yaranıb. “Brent”in bir barelinin qiyməti 31-32 civarındadır. Azərbaycan nefti 25 dollardan baha satılmır.

Son xəbərlər
Bütün xəbərlər »