Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda koronavirusa məhəl qoymurlar

Türkmənistanda koronavirusa nəinki ciddi yanaşmırlar, hətta infeksiyanın adını çəkmək qadağandır. Asiya ölkəsi virusa açıq-aşkar məhəl qoymur.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda milli futbol çempionatını bərpa etmək qərarına gəliblər. Mövsüm aprelin 19-da davam etdiriləcək. Oyunlara martın 24-də ara verilmişdi.

Keçmiş SSRİ respublikalarından Belarusda çempionat, ümumiyyətlə, dayandırılmamışdı. Dünyanın xeyli dövləti bu ölkənin milli birinciliyinin yayım hüququnu əldə etməyə tələsmişdi. Türkmənistan da Belarusa qoşulmaq qərarı verib. Azarkeşlərə tribunada yer almağa qadağa qoyulmur.

Yalnız 4 ölkədə milli futbol çempionatı davam edir. Burundidə, Tacikistanda və Nikaraquada yarışı dayandırmayıblar.

“Reporters Without Borders” təşkilatı bir neçə gün əvvəl Türkmənistanda “koronavirus” sözünün qadağan edildiyini yaymışdı. Hüquq müdafiəçilərinin fikrincə, məqsəd ölkədə COVİD-19 ilə bağlı həqiqəti gizlətməkdir.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »