Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko rusları ittiham edir: “Niyə bizi axmaq yerinə qoyursunuz?”

Belarusda COVİD-19 ilə bağlı vəziyyət yaxşı deyil. Ölkədə infeksiyaya yoluxanların sayı 3 minə yaxınlaşıb. Hər gün say daha sürətlə artır. Prezident Aleksandr Lukaşenko isə xəstəlikdən traktor sürməklə, araq, sauna sayəsində çıxacaqlarını bildirir.

Bizimyol.info xəbər verir ki, Belarus dövlət başçısı Rusiya mətbuatını qərəzdə ittiham edib. Onun sözlərinə görə, koronavirusla bağlı dedikləri daha çox zarafat xarakteri daşıyırmış: “Elə şeylər yazırlar ki... “Batka” traktorla, araqla, hamamla müalicə edir. Bilirsiniz, nə vaxtsa ayaqüstü zarafat etmişəm. Amma hər zarafatda müəyyən zarafat payı var”.

Lukaşenko rus jurnalistlərə və anonim “Telegram” kanallarının rəhbərlərinə müraciətlə Belarusa toxunmamağı xahiş edib.

“Biz ki onlardan heç nə istəmirik. Özümüz xilas olmağa, qorunmağa çalışırıq. Gəlib özünüz baxın. Niyə Rusiyada bizi axmaq yerinə qoyursunuz?”, - Belarus prezidenti qəzəbini belə ifadə edib.

Lukaşenkonun sözlərinə görə, ölkədə bir nəfər də məhz koronavirus üzündən ölməyib. Prezident iddia edir ki, ölən 29 nəfərin hər birinin başqa ciddi xəstəliyi olub.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »