Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda küçəyə çıxan turistləri qeyri-adi yolla cəzalandırırlar - Video

Hindistanda koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşır. İndiyə qədər ölkədə 331 nəfər COVİD-19-a görə həyatını itirib. Asiya dövlətində sərt karantin rejimi tətbiq olunub. Amma vətəndaşlar qaydalara əməl etməyə meylli görünmür.

Bizimyol.info xəbər verir ki, Hindistan polisi karantin müddətində küçədə görünən yerli sakinləri çubuqla döyür. Amma əcnəbilərlə bu cür davranmaq olmur. Polis turistlər üçün qeyri-adi cəza növü fikirləşib. Onlara 500 dəfə “üzr istəyirəm” ifadəsi yazdırılır. “Euronews”un reportajında asayiş keşikçilərinin turistləri cəzalandırması əksini tapıb. Polislər üzr ifadəsinin 500 dəfə yazılmasına ciddi nəzarət edirlər, proses bitməyənə qədər əcnəbini sərbəst buraxmırlar.

COVİD-19-a görə dünyanın əksər ölkələrində karantin rejimindən istifadə olunur. Qərbdə, o cümlədən, Azərbaycanda cərimələrlə keçinirlər. Hindistanda qayda pozanlarla daha sərt davranırlar. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada təxminən 1,9 milyon insanda koronavirus aşkarlanıb. İndiyə qədər azı 116 min nəfər həyatını itirib.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »