Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın xarici borcunun miqdarı açıqlanıb

Bu ilin I rübündə Rusiyanın xarici borcu 40,8 mlrd. ABŞ dolları və ya 8,3% azalaraq 450 mlrd. dollara bərabər olub.

O cümlədən dövlət orqanlarının xarici borcu 10,2 mlrd. dollar və ya 14,6% azalaraq 59,8 mlrd. dollara enib. Xüsusilə, xarici valyuta istiqrazlarında qeyri-rezidentlər qarşısındakı öhdəliklər 700 mln. dollar və ya 3.3% azalaraq 21,6 mlrd. dollara, rublla ifadə edilmiş dövlət qiymətli kağızlarında dollar ifadəsində isə 9,5 mlrd. dollar (-20,4%) azalaraq 36,9 mlrd. dollara çatıb.

Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin və təşkilatların xarici borcları 24,2 mlrd. dollar (-7,3%) azalaraq 305,7 mlrd. dollar təşkil edib.

Rusiya banklarının borcu isə 3,5 mlrd. dollar və ya 4,6% azalaraq 73,4 mlrd. dollar olub.

Yanvar-martda Rusiya Bankının borcu 11,1 mlrd. dollar təşkil edib ki, bu da illik ifadədə 2,8 mlrd. dollar və ya 20% azdır.

Qeyd edək ki, 2019-cu ildə Rusiyanın xarici borcu 35,8 mlrd. dollar və ya 7,9% artaraq 490,8 mlrd. dollar təşkil edib. (APA-Economics)

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »