Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə insanları evə yığmaq olmur

Türkiyədə koronavirusa yoluxanların sayı 50 mini ötüb. Təxminən 1200 nəfər həyatını itirib. Buna baxmayaraq, insanlar karantin və sosial məsafə qaydalarına əməl etmirlər.

Bizimyol.info xəbər verir ki, Türkiyədə insanları evə yığmaq çətinlik yaradır. İkigünlük sərt karantin rejimindən sonra adamlar küçələrə axışıb. Türkiyə mediasındakı fotolar narahatlığa ciddi əsas verir. Demirören Haber Ajansı Antalyada bazarlarda insan əlindən tərpənmək mümkün olmadığını bildirir. İnformasiya agentliyinə danışan Sevilay Özdemir deyib ki, ötən şənbə və bazar günləri qaydalara əməl edib, evdən çölə çıxmayıb. Amma bazara baş çəkməyin zamanı yetişib. Onun sözlərinə görə, axırıncı dəfə təxminən bir həftə əvvəl bazarda olub, onda bu qədər adam gözə dəymirmiş. Nuray Sönmez söyləyib ki, evdə qaldığı günlərdə azadlığın dəyərini anlayıb. Evdən həm hava almağa, həm də kiçik bazarlıq etməyə çıxıb. Ərzaq dükanının sahibi Erkan Akyol maraqlı müşahidə aparıb: “Elə təəssürat var ki, iki gün ərzində nə almışdılarsa, hamısını yeyiblər”.

İhlas Haber Ajansının əməkdaşları Samsunda da oxşar mənzərə ilə qarşılaşıb. Bazarda insan sıxlığı müşahidə ediblər. Amma satıcılar alverin çox olmadığını bildirir. Alıcılar isə, əksinə, xeyli bazarlıq etməyi düşünür. Onlar yenidən küçəyə çıxmaq yasağından çəkinirlər.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »