Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada karantin rejimini pozanlar cərimə olunublar

Quba rayununda karantin rejimini pozaraq futbol oynayan şəxslər cərimə olunublar.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Bağbanlı kəndi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Vüqar Fərmanov, eləcə də müştəriləri Elxan Əmirov, Ruslan Seyfullayev, Tahir Rüstəmov və Nahid Bahadurov barəsində qanuna müvafiq qaydada tədbir görülüb.

Keçirilmiş digər bir tədbir zamanı rayonun Vladimirovka kəndi ərazisində rejim qaydalarını pozaraq futbol oynayan bir qrup gənc saxlanılıb. Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
Son xəbərlər
Bütün xəbərlər »