Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doktor: Güclü immun sistemi də koronavirusa yoluxmuş insanların ölümünə səbəb olur

Çində koronavirusa yoluxmuş xəstələrin erkən analizləri göstərdi ki, ölüm səbəbi yalnız ağciyərlərin dağılması yox, immun sisteminin bu vəziyyətə həddən artıq aktiv cavab verməsi də ola bilir. Bizimyol.info nat-geo.ru-ya istinadən xəbər verir ki,bu fikirləri kaliforniya IGM Biosciences xəstəxanasının baş həkimi Daniel Çen səsləndirib.

Onun fikrinə görə, bu sindrom pasiyenti daha ağır xəstələndirə və hətta ölümünə səbəb ola bilər. “Bir sıra pasiyentlərin qanlarında zülal səviyyəsi həddən çox olub ki, bu onlarda immun cavablarını artımağa səbəb olur. Sitokin adlanan bu zülalların içində 6 (IL-6) yer alır. IL-6 makrofaq hüceyrələri və immun sistemini bədəndəki düşmənə qarşı silahlanmağa çağırır.Bu hüceyrələr iltihab yaranmasına səbəb olub, normal çalışan ağziyər hüceyrələrini də məhv edə bilir. Bu hüceyrələrin aktivləşməsinə digər ağır xəstəliklər , məsələn QİÇS səbəb ola bilir”,- deyən dərman müalicə üçün ideal preparatların adını da çəkib.

“Bu anlamda ideal müalicə dərmanı olaraq IL-6-nın aktivliyini azaldan və makrofaqların ağciyərə daxil olmasını bloklayan preparatlar seçilməlidir. Bu kimi preparatlar mövcuddur və revmatoid artrit kimi kimi xəstəliklərin müalicəsində istifadə olunur. Məsələn Actemra(Tosilizumab) və bu tipli dərmanlar. Çində xəstələrin müalicəsində bu dərmandan aktiv istifadə olundu”-deyə baş həkim vurğulayıb.

“Hətta tibb işçilərinə də sona qədər aydın deyil ki, yoluxmuş xəstələrin orqanlarını son olaraq nə məhv edir- Virus yoxsa insanın immun sisteminin reaksiyası. Məhz buna görə kritik xəstələri müalicə etmək üçün ən yaxşı müalicə yolunu seçmək çətinlik yaradır.

Bir sıra faktlar göstərir ki güclü immun sistemi koronavirusa yoluxmuş insanların ölümünə və ya ya vəziyyətinin gərginləşməsinə səbəb ola bilir.

Mən qorxuram ki, bu faktların sayı artarsa insanlar immun sistemlərini “söndürmək” üçün imkanlardan istifadə etsinlər. İmmun sistemi xəstəliklə mübarizə apararkən onun işini məhv etmək olmaz.

Bütün dünyada koronavirus xəstələri xəstəxanaları doldurublar, həkimlər bu güclü axının içərisində müxtəlif məlumatları analiz edir, öz təcrübələrini sosial şəbəkələrdə həmkarları ilə paylaşırlar. Bəziləri hətta sübut edilməmiş müayinə üsullarından da istifadə edirlər.Tək məqsəd insan həyatını xilas etməkdir”,- deyə o vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »