Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimdən ev şəraitində koronavirusa qarşı mübarizə məsləhətləri

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının əleyhinə peyvənd və preparatlar hazır deyil. Odur ki, hazırda koronavirusun yayıldığı ölkələrdə xüsusi karantin rejimi elan edilib və insanları qorumaq üçün evdə qalmalarına çağırış edilir. Evdə isə immun sistemini gücləndirmək məqsədilə tədbirlərin görülməsi təklif edilir. Çünki virus daxil olan zaman o, bədəndə immun sistemi müdafiə mexanizmi ilə qarşılaşır. İmmun sistemi daxil olan virusları xarıcə atmağa çalışır.

Bəs viruslardan qoruna biləcək güclü immunitetə necə sahib olmaq ola bilərik?

Vasif İsmayıl Vasif İsmayıl

Gündəmdə olan bu məsələ ilə bağlı Bizimyol.info-ya açıqlamasında həkim Vasif İsmayıl bildirib ki, insanın güclü immun sisteminə malik olması üçün o, həyat tərzini dəyişməli və c vitamini ilə zəngin qidalar qəbul etməlidir.

“Koronavirusdan qorunmaq üçün əvvəlcə şəxsin immun sistemi yaxşı olmalıdır. Mürüciət edən şəxslər bu sistemi ayaqda tutmağın yollarını soruşur. İmmun sistemini gücləndirən dərman vitamin C-dır. Amma bu dərmanı da artıq istifadə etdiyiniz zaman dərman sağlamlığa zərərli ola bilər.

İmmun sistemini gücləndirmək üçün öncə həyat sistemində dəyişiklik etmək lazımdır. Yəni yaxşı yatacaqsınız, evdə idman edəcəksiniz. İkincisi, düzgün qidalanmaq lazımdır. Qidalardan immun sistemini gücləndirən məhsullar rəngli meyvələr və tərəvəzlərdir. Xüsusən qırmızı və narıncı rəngdə olan meyvələrdir.

Gün ərzində 2 litr maye qəbul etmək lazımdır ki, onun da yarısı su və ya limonlu su olmalıdır. 1 litr maye isə yəqin ki çay olacaq. Mən yaşıl çay içməyi məsləhət görürəm.

İmmun sistemini gecləndirmək üçün zəncəfil və darçından istifadə etməklə çay içmək lazımdır. Həmin çay bal da əlavə etmək olar”,-deyə Vasif İsmayıl bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »