Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Azərbaycan dövlətinin hazırladığı “xilas paketi” inkişaf etmiş ölkələri belə üstələyir

“COVID -19 qlobal pandemiyasının dünyanın mövcud reallıqlarını təhdid edərək iqtisadi və sosial həyatı demək olar ki, iflic edib. Qlobal pandemiya ilə mübarizə aparmaq, bütün dünyanın bu gün ən aktual problemidir. İnsanların sağlamlığını qorumaq ücun ciddi karantin rejimi tətbiq etmək və bu rejim vaxtı insanların sosial müdafiəsini həyata kecirmək isə olduqca mürəkkəb bir prossesdir”.

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada millət vəkili, Milli Məclisin Səhiyyə və Sosial Siyasət komitələrinin üzvü İlham Məmmədov səsləndirib.

Onun sözlərinə görə, dünya ölkələri inkişaf sürətindən asılı olmayaraq, qlobal pandemiyanın vurdugu iqtisadi və bütün digər zərəri qarşılamaq üçün müxtəlif təşəbbüslər və proqramlar nəzərdə tutur və tətbiq edirlər. Bu təşəbbüslər hər bir ölkədə onların iqtisadi və maliyə sabitliyinə uyğun hazirlanir. Hətta, bəzi ölkələrdə bu tədbirlər ücun xususi sahələr prioritet olaraq da seçilir.

“Ancaq ölkəmizdə məhz cənab İlham Əliyevin rəhbərliyi ilə pandemiya ilə mübarizə və bohran paketi bütün sahələri əhatə etməklə, ÜDM da xüsusi çəkisinin daha yüksək olması ilə hətta ən inkişaf etmiş ölkələri belə üstələyir.

Onu da xüsusi qeyd edək ki, qlobal pandemiya reallığı onu göstərdi ki, hec bir riski nə qiymətləndirmək nə də onu idarə etmək mümkün deyilmiş. Heç bir dövlət buna hazır deyildi. Lakin prezidentimiz İlham Əliyev və I vitse-prezidentimiz xanım Mehriban Əliyeva uzaqgörənliklə bu təhlükənin nə dərəcədə böyük olacağını ilk gündən hiss edərək, ölkənin bu günə kimi qazanmış oldugu və fəxrlə qeyd etdiyimiz iqtisadi potensialını, hüquqi və mənəvi gücünü bu dəhşətli bəlanın qarşısını almaga səfərbər etdilər. Hərtərəfli düşünülmüş tədbirlər planı hazırlandı. Hər bir bohran halının əsas hədəfi insanların sosial vəziyyətinin ağırlaşması olduğunu xüsusi diqqətdə saxlayan cənab Prezidentimizin sərəncamı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planında məşğulluq və sosial rifah uzrə bölmədə 4 istiqamət üzrə,10 tədbirin icrasına artıq başlanıb”.

Deputat sosial tədbirlərin icrasında rol oynayan, ön cəbhənin “əsgərlərinə” də təşəkkürünü bildirib.

“Fürsətdən istifadə edib bu taleyüklü sosial tədbirin icrasını obyektiv və subyektiv səbəblərdən gərgin səraitdə həyata kecirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinin, eləcə də sosial xidmət sahəsində calişan sıravi işcilərin -hansıki dövlətimizin ayırdıgı ərzaq və digər yardımları ciddi karantin rejimində yaşlı insanlara və əhalinin həssas təbəqəsinə catdirılmasında bilavasitə iştirak edirlər, milyonlarla məlumatların qəbul edilməsi və emalını əlavə olaraq ayrılmış 6 server vasitəsi ilə həyata kecirirlər, bu insanlara xüsusi təşəkkür etmək istəyirəm.

Günümüzün gəhrəmanları olan həkimlərimiz, polis işcilərimiz kimi sosial rifah tədbirlərini həyata kecirən insanlarımız da alqışa layiqdirlər”,- deyə o qeyd edib.

Hökumətin xilas paketindən danışan parlamentari qeyd edib ki, dövlət dəstək proqramlarının maliyyə həcmi 2.5 milyard manat təşkil edir. Bu dəstək sistemi makro Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3 faizi həcmindədir. 2019-cu ildə ölkənin ÜDM-i əvvəlki illə müqayisədə 2,2 faiz artaraq, 81 milyard 681 milyon manata çatıb. birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Hazırda ölkədə 1 milyon 555 min muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir.

Sahibkarlığa dəstək üçün Nazirlər Kabinetinə bir milyard manat ayrılıb. Nəzərdə tutulur ki, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq.Ümumilikdə isə bu proqramlar 600 minə yaxın insana şamil ediləcək. Üstəgəl, bir milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramı da mövcuddur. İşsiz kimi qeydiyyata alınan 200 min nəfərə ayda 190 manat vəsaitin odənilməsi, 11 min nəfəri əhatə edən ozünü məşgullugun genişləndirmək, 20 min nəfərə işsizlikdən sigorta haqqının odənilməsi sosial baximdan həssas qrupun tələbə övladlarının təhsil haqqi xərclərindən azad olunması kimi addımlar dövlətimizin bohranı qarşılamaq gücündə olmagının və xalqa dəstəyinin baruz nümunəsidir”.

Son olaraq İlham Məmmədov vurğulayıb ki, bu çətin günlərdə dövlət vətəndaşından yalnız bir şey xahiş edir. Evdə qalıb, koronavirusun yayılma zəncirinin qırılmasına kömək etmək.

“Artıq dövlətin yardım tədbirlərinin icrasına başlanılıb. Sadəcə vətəndaşlarımizdan rica olunan bir məsələ var ki, o da sosial məsuliyyətimiz artıraq. Cənab prezidentimizə və olkənin I vitse-prezidentinə bu taleyüklü problemin həllində dəstək olaq, milli birliyimizi, həmrəyliyimizi əməlimizdə sübut edək”,- deyə millət vəkili vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »