Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı açıqlanıb

Özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərində gündəlik nəzarət həyata keçirilir. Həmçinin əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir.

Aparılan işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib.

2020-ci ilin 1 aprel tarixinə qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb.

Beləliklə, əmək müqavilələrinin sayında bu ilin 1 aprel tarixindən 46 848 müqavilə, 1 yanvar tarixindən isə 69 478 müqavilə artımı baş verib.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »