Türkiyənin Samsun şəhərində yaşayan və məzarlar üçün mərmərdən baş daşı hazırlayan Tarık Gündüz “Evdə qal” kampaniyasına maraqlı formada qatılıb.
Bizimyol.info-nun məlumatına görə, Tarık Gündüz öz sexində hazırladığı məzar daşlarının üzərinə “ Evdə qalın, bizə iş çıxarmayın” kimi yazı həkk edir.
“Qaydalara əməl etməyəcəyiniz zaman son nəticə budur- Məzar.Mən buna diqqət çəkmək istədim. Verilən qərar və qaydalar insanları qorumaq üçündür, həyat qurtarmaq üçündür. “Evdə qal” yazdıq, əslində bu odeməkdir ki, çağırışa əməl etməsəniz, yolunuz ya xəstəxana ya da məzarlıqdan keçəcək. Bu acı həqiqətdir”,- deyə usta bildirib.
İlhamə