Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Beynəlxalq Bankından səyyar bankomatlar layihəsi

Azərbaycan Beynəlxalq Bankı xüsusilə pensiyalar verilən vaxtlar bankomatlar

qarşısında növbələrin yaranmaması üçün əhali sıxlığının böyük olduğu ərazilərə səyyar

bankomatların göndərilməsinə başlayıb. Pensiyaçılar öz pensiyalarını Azərbaycan

Beynəlxalq Bankının bankomatları ilə yanaşı, ölkəmizdəki bütün bankların

bankomatlarından da komissiyasız nağdlaşdıra bilərlər.

Pensiyaya yeni çıxmış insanların öz pensiya kartlarını almaqdan ötrü karantin rejimi dövründə banka gəlmək ehtiyacını aradan qaldırmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı “Böyüklərə hörmətlə” təşəbbüsü çərçivəsində pensiya kartlarının evdə çatdırılması xidmətinin tətbiqinə də başlayıb.

Pensiyaçılar buradan onlayn sifariş etməklə hazır pensiya kartlarını yaşadıqları ünvanda əldə edə bilərlər. Kartın ünvana çatdırılmasına görə heç bir xidmət haqqı tələb olunmur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı müddəti martda tamamlanmış pensiya kartlarının istifadə vaxtını da apreldən başlayaraq daha üç ay uzadıb. Kart sahibləri növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları ölkədaxili nağdsız ödənişlər üçün də keçərlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »