Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni parlamentin yeni deputatları bu çətin günlərdə xalqın yanındadırmı...

Az öncə ölkəmizdə parlament seçkiləri keçirildi və biz deputatlığa namizdələrin xalqla çox sıx münasibətlərinin şahidi olduq.

Maraqlıdır, seçkilər bitdikən sonra deputatlar hazırkı ağır vəziyyətə lazımınca reaksiya verə bildilərmi? Düputatlar yaranmı vəziyyətin tələblərinə uyğunlaşa bildilərmi?..

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, bəli, bir çox deputatlarımız çətin vəziyyətdə olan insanlara yardım edir, ərzaq paylayır. Onlar arasında biz Arzu Nağıyevin, Adil Əliyevin, Qənirə Paşayevanın, Cavid Osmanovun xeyirxah əməllərinin şahidi olduq. Bundan əlavə bir çox deputatlarımız seçicilərinin problemlərinin həlli naminə öz təkliflərini də sosial şəbəkələrdə xalqla paylaşdılar. Məsələn, Tovuz rayonundan seçilmiş deputat Arzu Nağıyev yazılı şəkildə verilməsinə yaradılmış imkandan istifadə edərək Milli Məclisin katibliyinə təkliflərini yazılı təqdim edib. O rayon ərazisində su probleminin olduğunu, uşaq bağçalarının çatışmadığını diqqətə çatdırıb, meyvə emalı üçün kiçik müəssisənin açılmasını təklif edib. Nəzərə alsaq ki, Arzu Nağıyev bu il ilk dəfə deputat seçilib və seçildikdən dərhal sonra seçicilərinin problemlərini qabartması təqdirəlayiq haldır və insanlarda inam yaradır. Elə deputatlar var ki, onların varlığından fəaliyyətdə olduqları illər ərzində nəinki seçicilərin, heç medianın da xəbəri olmur. Həm susurlar, həm də vəzifələri elə qərarlar qəbul edərkən səs verməklə əhatələnmiş olur. Bəlkə də belə deyil, hər halda kənardan elə görünür. Bəs insanlar öz səslərini verib etimad göstərdikləri deputatların fəaliyyətsizliyindən narazı qalarsa, hara müraciət edə bilərlər?

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Bizimyol.info-nun sualını cavablandıran və seçicilərinin arasında tez-tez görünən, onların problemlərinin həllinə dəstək verən deputat Nəsib Məhəməliyev bildirib ki, deputatların fəaliyyətinə nəzarət var və lazım olarsa, onlara xəbərdarlıq edilir.

“Biz demokratik, hüquqi dövlətdə yaşayırıq. İstənilən vətəndaş, hər hansı məmurdan və yaxud seçilmiş işəxsin fəaliyyətindən şikayət edə bilər. Əgər vətəndaş hesab etsə ki, deputatın, vəzifəli şəxsin fəaliyyəti mövcud qanunlara ziddir, belə olan halda əsaslandırılmış şəkildə aidiyyəti orqanlara şikayət edə bilər. Deutatın mandatdan məhrum edilməsi konstitusiyanın 89-cu maddəsinin 1-ci hissəsinin1-ci bəndində göstərilən hallar mövcud olduqda mümkündür. İndiki parlament bir çox parametrlərinə görə seçilir. Seçicilər MM rəhbərliyinə, cinayət xarakterli hallar olduqda Prokurorluğa və s. müraciət edə bilərlər”,- deyə hörmətli deputatımız bildirib.

Və ötən il gördüyümüz kimi belə halların sonunda MSK yekun nəticədə deputatı mandatdan məhrum edir. Nəsib müəllimin də dediyi kimi,indiki parlament bir çox parametrlərinə görə fərqlənir və yəqin ki biz bundan sonra deputatlarımızı xalqın içərisində daha çox gösrəcəyik. Hazırda yaşanan bu çətin günlərdə insanların onlara daha çox ehtiyacı var .

İlhamə Rəsulova

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »