Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“20 Yanvar Dairəsi” sökülür - Video

Bakı şəhərində qəzaların və tıxacların tez-tez baş verdiyi “20 Yanvar Dairəsi”ndə avtomobillərin hərəkətində dəyişiklik ediləcək.

Bizimyol.info xəbər verir ki, günün pik saatlarında bu dairədə yaranan tıxacın qarşısını almaq üçün dairənin ərazisində söküntü işləri aparılır. Belə ki, şəhər istiqamətində gəlib 20 yanvar dairəsinə girəndə 4 zolaq bir-birinə girirdi, bu da tıxac əmələ gətirirdi.

Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Bizimyol.info-ya bildirib ki, “20 Yanvar Dairəsi”ndə yenidənqurma işləri aparılır.

Anar Nəcəfli Anar Nəcəfli

“Dairə hazırda oval formasına salınır. Bu, Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması istiqamətində aparılan işlərin tərkib hissəsindən biridir. Dairənin yaxınlığındakı metronun çıxışlarından birinin yeri dəyişdiriləcək. “20 Yanvar Dairəsi”ndən “Masazır Dairəsi”nə kimi bu işlər kompleks şəkildə aparılır”,- deyə A.Nəcəfli bildirib.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »