Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada yaşayan soydaşımız: “Kirayəni ödəyə bilməyənləri evdən çıxarmaq qadağan olunub”

Bizimyol.info xaricdə yaşayan və işləyən soydaşlarımızla bağlı silsilə məqalələr təqdim etməkdədir. Ölkəmizdən kənarda yaşayan və müxtəlif uğur hekayələri olan insanlarla sizləri tanış edirik. Növbəti müsahibim əslən Qəbələdən olan və hazırda Almaniyanın Mayns şəhərində yaşayan Aynur Abulovadır.

- Aynur xanım, öncə sizi tanımaq istəyirik. Özünüzü necə təqdim edərdiniz?

- Adım Aynur Abulovadır.Moskvada anadan olmuşam. Bir qardaşım var. Bakıda 3 il yaşadıqdan sonra 2001-ci ildə ailəmiz Almaniyaya köçüb. Beləliklə orta məktəbi 7 məktəb dəyişərək 3 ölkədə bitirmək qismət olub. Ali təhsilimi isə Almaniyanın Giessen şəhərindəki Justus-Liebig Universitetin Iqdisadiyyat bölümündə almışam. Almaniyanın böyük banklarından biri üçün “agile” üsullu proqram təminatı hazırlayırıq. Bundan öncə 4 il daşınmaz əmlak bazarında məsləhətçi olaraq çalışmışam.

- Almaniyaya öyrəşmək çətin oldu?

- Almaniyaya ilk gəldiyimizdə təbii ki, bizim də çətinliklərimiz oldu. Yeni dil, fərqli mühit və mədəniyyət baryeri böyük olsa da tezliklə öhdəsindən gələ bildik.Yadımdadır, 16-17 yaşlarımda Erfurt şəhərində yayayırdıq və təəssüf ki, dostlar qazanmaqda çətinlik çəkirdim. Elə o zamanlardan ən yaxın dostum anam oldu. Ümumi olaraq sosial həyatdan basqa bura adaptasya olmaq heç də çətin olmadı.

- Ailənizlə Almanyaya getməmiş olsaydınız, yenə Avropaya getmək arzusunda olardınızmı?

- Başqa ölkələr, mədəniyyətlər həmişə marağımı çəkiblər, ona görə, fikirləşirəm ki, ailəmlə gəlməsəydim də, istər təhsil, istər iş üçün yenə Avropaya üz tutardım. Artıq internet vasitəsilə hər bir informasiyanı rahatlıqla əldə edə bilirik. Maddi durum yaxşı olmasa da, əzm, intizam və bir az da cəsarətlə istədiyimiz bir cox hədəfə çata bilərik. Azərbaycanda yasayan və maddi imkanları məhdud gənclərimizə də məhz bunu məsləhət görərdim ki, öz arzularından və prinsiplərindən vaz keçməsinlər və özlərinə hər gün sual versinlər ki, “mən bu hədəfimə catmaq üçün bu gün nə öyrənə bilərəm, nəyi fərqli edə bilərəm?”.

- Almanlar soyuq millətdilər. Dostlar qazana bildinizmi?

- Bilirsinizmi, bu suala cavab vermək üçün öncə dost anlayışının nə oldugunu dərk etmək lazımdır. Əgər fikirlərin uyğun gəlirsə, millətindən, dinindən, dilindən asılı olmayaraq yoldaşların həmfikirilərin olacaq. Almanlarla dost olmaq üçün bir xeyli zaman və səy tələb olunur. Bizim insanlar qədər istiqanlı olmasalar da, yaxşı dost xüsusiyyətlərinə də sahibdilər – açıq sözlü və sözlərində durandılar. Hazırda ətrafımda həm almanlar, həm də digər millətlərin nümayəndələrindən dost-tanışlarım var.

- Necə düşünürsünüz, Avropanın həyat tərzinə alışdıqdan sonra Azərbaycanda yaşamaq sizə rahat olardımı?

- Azərbaycandan ayrıldığımız 20 il olsa da vətənin bizim ürəyimizdə yeri hər zaman cox fərqli olub. İldə bir dəfə olsa da, qohumları ziyarət etməyə calışırıq və əlimizdən gələn qədər dilimizi, adət- ənənələrimizi unutmamağa çalışırıq. Buna görə valideynlərimizə təçəkkür edirəm.

Sualınıza gəlincə, bura inteqrasiya olduğum üçün təməlli olaraq Azərbaycana köçmək, orda yaşamaq yəqin ki çətin olardı.

- Almaniyada ən çox nə üçün darıxırsınız?

- Ən cox istiqanlı insanlar ücün, bol-bol günəş və Qəbələ üsulu “döyməc” (göy alça, reyhan, turş alma və zoğal əzməsi) üçün darıxıram.

- Almanyada kreditləri hansı şərtlərlə və faizlərlə verirlər.

- Statistikaya görə, almanların sadəcə 45 faizi öz şəxsi evlərində yasayırlar. Bunun səbəblərindən biri odur ki, kirayəcilərin haqları dövlət tərəfinden maksimum dərəcədə qorunur və məhkəmələr əsasən kirayə davaları üzərində işləyirlər. Beləki, istədiyiniz vaxt kirayəcini evindən cixarda bilmərsiniz və ya kirayə pulunu istədiyiniz qədər yüksəldə bilməzsiniz. Bu səbəblə ev sahibi olmaq hər zaman üstünlük təşkil etməyə bilər. Bundan əlave son illərdə kreditlərin faizi düsmüs olsa da evlərin qiymətləri şəhərdən-şəhərə fərqli olmaq sərti ilə 20-30% yüksəlib. 2030-cu ilə qədər isə 50-60% yüksəliş ehtimal edir.

Məsələn Frankfurt səhərində dasinmaz əmlakın bir kvadrat metri 5.000 avrodan baslayır. Beləliklə 60 kvadratmetrlik bir mənzil sizə 323.850 avroya basa gələcək (300.000 avro daire + 2% = 6.000 € notarius və sənədləsdirmək 5,95% = 17.850 € dövlətə vergi) başa gələcək. Əgər evi makler vasitəsi ilə alırsınızsa əlavə 17.875 € (5,95%) makler haqqı ödəməniz lazımdır.

Hazirda 10 illik kredit Almaniyada 1% dan asağıdır. Lakin onu almaq ücün bankın bir necə sərtini yerinə gətirməlisiniz. 300.000 € kredit almaq ücün təxminən 25.000 € start kapitalınız olmalıdır. Müəyyən gəliriniz olmalıdır və optimal halda hec bir konsum kreditiniz olmamalıdır (məsələn, maşın almaq ücün kredit). Yaşayış və gəlir mənbəyiniz Almaniya olmalıdır.

Konsum kreditləri isə Almanyada ortalama 6% -dən başlayırlar. Bu tip kreditləri məsləhət görməzdim. Cünki, cox vaxt həmin kreditlər dəyəri çoxalmayan əşyalara xərclənir və əgər nə vaxtsa ev almaq istəsəniz, bu sizə cətinliklər törədə bilər.

Fikrmcə, krizdən sonra kredit almaq şərtləri bir az daha çətinləşəcək, amma yenə də ev-alqı satqi sektorunun bu böhrandan cox təsirlənəcəyini düşünmürəm.

- Gündəmimizi səhiyyə böhranı məşğul edib. Almaniya dövləti vətəndaslarına bu durumda necə yardım edir?

- Mart ayında Bundestagda 1.2 trilyon avro həcmində yardım paketinin ayrılmasına qərar verilib. Böhrandan zərbə alan firmalar dövlətden yardım ala bilərlər. Bundan əlavə sentyabr ayına qədər hec bir kirayəçi kirayə ödəyə bilmədiyi ücün evindən çıxarıla bilməz. Eyni zamanda ev sahibləri ücün də güzəşt nəzərdə tutulub. Kirayə gəlirləri azalan ev sahibləri banklarla danışaraq bank kreditlərini bir-neçə ay saxlada bilərlər. Hər iki halda ödənilməyən məbləğ təbii ki, ödənilməlidir, sadəcə, böhran başa çatandan sonra.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »