Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM “Abituriyent” jurnalını evlərə çatdırır

Son 10 gün ərzində onlayn sifariş əsasında yüzdən artıq Dövlət İmtahan Mərkəzindən (DİM) nəşrinin respublikanın şəhər və rayonlarında birbaşa ünvanlara çatdırılması təmin edilmişdir.

Bizimyol.info xəbər verir ki, DİM-dən verilən məlumata görə, nəşrləri (“Abituriyent” jurnalının buraxılışları və ona əlavələri – yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, dərs vəsaitləri və s.) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

İstifadəçi almaq istədiyi nəşrləri “Zənbilə əlavə et” düyməsini basmaqla seçdikdən sonra “Zənbil”inə daxil olur. Burada seçilən kitablar və onların nüsxələrinin sayı, həmçinin ödəniləcək məbləğ öz əksini tapır. Dəqiqləşdirmə aparıldıqdan sonra “Təsdiqlə” düyməsi seçilir və açılan pəncərədə tələb olunan bütün məlumatlar – məhsulun göndəriləcəyi şəhər və ya rayon, sifarişçinin ad, soyad, ata adı, telefon nömrələri və ünvan qeyd olunur. Ödəniş isə bank kartı vasitəsilə həyata keçirilir.

Daha sonra həmin nəşrlər "Abituriyent" jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

Qeyd edək ki, hər bir nəşrin ünvana çatdırılma xərci 1.5 manatdır. Sifarişin ümumi məbləği 20 AZN-dən çox olarsa, çatdırılma pulsuz olacaq.

Nəşrlərin sifarişi ilə bağlı çətinlik və ya çatdırılmasında ləngimə olarsa, 012-489-02-59 nömrəsinə zəng edə və ya [email protected] ünvanına yaza bilərsiniz.

“Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (pdf formatında) isə buradan əldə edə bilərsiniz.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »