Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının birinci müavini vəfat edib

Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib.

1956-cı il təvəllüdlü S. Abıyev uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

Qeyd edək ki, S. Abıyevin ailəsində təxminən 12 il öncə faciəvi hadisə baş vermişdi. S. Abıyev avtoqəzalarda 3 oğlu, gəlinini və nəvəsini itirmişdi.

Belə ki, 2008-ci ilin oktyabrın 20-də baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu.

S. Abıyevin oğlu, 1984-cü il təvəllüdlü Abıyev Hüseyn yüksək sürətlə idarə etdiyi avtomobili Hacıqabul rayonu ərazisində aşırması nəticəsində sürücünün özü, qardaşı - 1989-cu il təvəllüdlü Cavid, qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abıyeva Validə Xəqani qızı və 2007-ci il təvəllüdlü Abıyeva Zeynəb Amid qızı hadisə yerində ölmüşdülər.

2009-cu ilin avqustun 12-də isə Şirvanda baş verən avtomobil qəzasında bir il öncə vəfat etmiş uşağın atası, Samid Abıyevin üçüncü oğlu Amid Abıyev vəfat edib.(qaynarinfo)

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »