Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada bir gündə minlərlə insan koronavirusa yoluxdu

Almaniyada son gün ərzində koronavirusa yoluxanların sayı kəskin artıb.

“Report”un məlumatına görə, bu barədə Robert Kox İnstitutu bildirib.

Məlumata görə, son sutka ərzində ölkədə koronavirusa yoluxma ilə bağlı daha 2 537 hal təsdiq edilib. Bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 123 016 nəfərə çatıb.

Qeyd edilir ki, ölkədə son bir gündə koronavirusdan 126 nəfər ölüb. Epidemiyanın başlanğıcından indiyə kimi koronavirusdan ölüm hallarının sayı 2 799-a çatıb.

Həkimlər həmçinin bildiriblər ki, epidemiya ərzində virusa yoluxmuş 64 300 xəstə sağalıb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada demək olar ki, virusa 1,7 milyon yoluxma qeydə alınıb, 105 mindən çox insan pandemiyanın qurbanı olub.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »