Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson həkimlərə təşəkkür edib

Britaniya Baş Naziri Boris Conson bu gün günorta saatlarında xəstəxanadan evə buraxıldıqdan sonra kamera qarşısına keçib.

B. Consonun "Twitter" hesabından yayılan video müraciətində həyatını həkimlərə borculu olduğunu bildirib.

Baş Nazir deyib ki, gecə-gündüz onunla maraqlanan və onu müalicə edən həkimlərə minnətdarlığını ifadə edəcək sözlər tapmaq çətindir: “Mən bütün Britaniya xalqına, hər kəsə bu çətin zamanlarda etdiyiniz və edəcəyiniz səy və fədakarlıqlara görə təşəkkür etmək istəyirəm".

Qeyd edək ki, B. Conson bugün xəstəxanadan evə buraxılıb. Boris Consonun müalicəsi davam etdiyi üçün həkimlərin tövsiyəsi ilə o, dərhal işə geri dönməyəcək, Çequersdəki Baş Nazirə məxsus evdə müalicəsini davam etdirəcək.

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, virusun simptomları hələ də özünü göstərir və yüksək hərarəti var. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında isə Boris Conson reanimasiyadan palataya köçürülüb. (Apa.az)

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »