Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polad Bülbülöğlu Rusiyadakı azərbaycanlılara müraciət edib - Video

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbülöğlu Rusiyada yaşayan azərbaycanlı vətəndaşlara müraciət edib.

Səfir bildirib ki, koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır.

“Bütün dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətlə bağlı, dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıblar. Azərbaycan hökuməti də məcburiyyət qarşısında 20 aprel tarixinə qədər ölkəyə giriş-çıxışı dayandırıb.

Bununla əlaqədar olaraq, sizdən artıq dərəcədə xahiş olunur ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün müvafiq şərait yoxdur. Sərhəd nə bir xahiş, nə də təzyiqlə açılmayacaq.

20 aprel tarixindən sonra mövcud vəziyyətdən asılı olaraq sərhədlərin açılıb-açılmayacağına dair qərar veriləcəkdir.

Sizlərdən artıq dərəcədə xahiş olunur ki, sərhəd keçid məntəqəsinə getməyin.

Xahiş edirik ki, Səfirliyimizlə qaynar xətlər vasitəsilə əlaqə saxlayın. Səfirlik müvafiq siyahını hazırlayır və ilk fürsətdə sizinlə əlaqə saxlayıb nə zaman və hansı yolla Azərbaycana geri qayıtmağın mümkün olduğu barədə məlumat verəcək”. (Report.az)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Harri Kasparov: “Putin rejimi tezliklə laxlayacaq”
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »