Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atlarından dopinq tapılan məşqçiyə 34 illik cəza verildi

ABŞ-ın atçılıq üzrə məşqçisi Bobbi Martines antidopinq qaydalarını pozduğu üçün cərimələnərək 34 il müddətinə diskvalifikasiya edilib.

"Report"un məlumatına görə, 2019-cu ilin iyununda Martinesin atlarının yarışdankənar dopinq-testi müsbət nəticə verib. Onların orqanizmindən ostarin preparatı tapılıb.

Komissiyanın qərarı ilə məşqçi 480 min dollar cəriməyə məruz qalıb. O, 2024-cü il Paris Yay Olimpiya Oyunlarına lisenziyaya iddia edə bilməyəcək. Martinesə məxsus istənilən at isə ABŞ-ın Nyu-Meksiko ştatındakı yarışlara qatılmayacaq.

Məşqçi açıqlamasında dopinq-testdən keçə bilməyən atların yalnız nominal məşqçisi olduğunu söyləyərək, cəzanı sərt adlandırıb. O, 30 illik karyerası ərzində heç vaxt qaydaları pozmadığını əlavə edib.

Qeyd edək ki, Bobbi Martines qərardan apellyasiya verə bilər.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »