Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik daha 15 min işsizə birdəfəlik ödəniş həyata keçirib

"Artıq 35 min işsiz üçün ödəmə poçt şöbələrinə və bank filiallarına köçürülüb".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 15 min şəxsə birdəfəlik ödəmə vəsaitinin ödənişini həyata keçirdi. Ödəmə vəsaitləri bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Həmin şəxslərin müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edir. Aprelin 9-10-da da hər gün 10 min nəfərə birdəfəlik ödəmə vəsaiti poçt şöbələrinə və bank filiallarına köçürülüb. Ümumilikdə indiyədək artıq 35 min işsiz şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib və qeydiyyata alınan digər işsiz şəxslərə ödəmələrin verilməsi də təmin olunacaq", - deyə o bildirib.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
Son xəbərlər
Bütün xəbərlər »