Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Məmmədov: Bu günlərdə xalq dövlətə, dövlət xalqa dəstək olmalıdır

Koronavirus pandemiyası günlərində bütün dünya ölkələri kimi Azərbaycan da vəziyyətdən çıxış yolları axtarır, dövlət səviyyəsində müxtəlif tədbirlər görülür. Qloballaşan dünyanın bir parçası olan Azərbaycanda həm xalqın sosial rifahını yüksək tutulması üçün addımlar atılır, həm də dost ölkələrə yardım əli uzadılır, həmrəylik nümayiş etdirir.

Milli Məclisin deputatı İlham Məmmədov Bizimyol.info-ya verdiyi müsahibədə son aylar görülən işlərdən danışıb.

- Cənab deputat, aprelin 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Bu barədə nə deyə bilərsiniz?

- Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirdi. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus Zirvə görüşünə qoşuldu. Öncə onu deyim ki, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündə Azərbaycan sədrliyi öz üzərinə götürdü. İlham Əliyev bu təşkilata sədrlik etdiyi dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində işlər apardı. Cənab prezident bildirdi ki, Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Amma Azərbaycan öncədən bütün tədbirləri gördü və çox şükür edirik ki, bizdə vəziyyət hələ ki, stabil sayıla bilər. İndiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var və Azərbaycan prezidenti bu konfransı təşkil etməklə öz həmrəyliyini, dəstəyini ifadə etmiş oldu.

- Dünya ölkələri hələ ki, gözəgörünməz düşmənə qalib gələ bilməyib, virusla müharibə davam edir. Hər dövlət özünü və xalqını müxtəlif formada qoruyur.Necə düşünürsünüz, başqa dövlətlərlə müqayisədə Azərbaycanın təqdim etdiyi xilas paketi yetərlidirmi?

-Cənab prezidentin həmişə qeyd etdiyi kim, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı, onun sosial rifahı durur. Bu gün bütün dünyanın savaş açdığı, dəhşətli pandemiya dövründə ən böyük zərbə insanların sosial həyatına dəydi. COVİD-19 bir çox ölkələrin , eləcə də bütün dünya iiqtisadiyyatını iflic vəziyyətinə salıb. İdxal- ixrac əməliyyatları dayanıb, neftin qiyməti kəskin düşüb,birjalarda qiymətli kağızlar və səhm bazarında kəskin dalğalanmalar başlayıb. Bütün bunları idarə eləmək və eyni zamanda xalqın, əhalinin sağlamlığı ilə yanaşı sosial rifahını qorumaq asan məsələ deyil.Karantin rejimin tətbiqi ilə əlaqədar əlbəttə müəyyən çətinliklər var. Amma Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır.Bu gün pandemiya ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər əslində zəmini güclü qoyulan bir dövlətin xalqa töhfəsidir. Ulu öndərimiz Azərbaycanda bütün sahələr üzrə konseptual inkişaf proqramı müəyyən etmişdi və bu gün bu kursu davam etdirən Azərbaycan dövləti gülüdür ,ayaqdadır. Son günlər cənab Prezidentin tapşırığı ilə hökumətin təqdim etdiyi xilas paketi barədə çox danışılır. Öncə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edildi. Fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan artıqdır. Ən önəmlisi isə, Prezident İlham Əliyev “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb.

Bu sənədə əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Dövlət maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayırıb. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanıb. İşsiz vətəndaşlara 190 manat müavinət ayrılıb və artıq 10 min nəfərdən çox insan bu vəsaiti əldə edib və prosses davam edir. İqtisadiyyat Nazirliyi ilk dəfə təkliflər paketini təqdim etdikdən sonra müzakirələr aparıldı və belə qərar verildi ki, daha çox insanı əhatə edə bilmək üçün proqramın əhatəsi genişləndirilsin. Ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqqı, 65 yaşdan yuxarı insanlara sosial xidmət, əlliliik müddətinin uzadılması kimi tədbirlər də görüləcək.190 manat məsələsinə gəlincə bu müavinətlərin də əhatə dairəsi genişləndiriləcək. 200 min nəfər heç bir sosial müavinət almayan insan bu qərardan faydalanacaq. Bu minimum yaşayış həddidir. Bu başlanğıcdır. Cənab prezident həmişə qeyd edir ki, dövlət həmişə xalqın yanında olacaq.

Bu işlər hələ davam etdiriləcək. Amma ümumiyətlə dövlətin vətəndaşın rifahı naminə atdığı addımlar təqdirəlayiqdir, yüksək qiymətləndirilməlidir.

Koronovirus zamanı Hekim

-İlham müəllim, müxtəlif qüvvələr hər zaman Azərbaycanda səhiyyənin vəziyyətini tənqid edirdilər. Amma pandemiya dünyanı çulğalayanda biz onu gördük ki, Azərbaycan bu problemin öhdəsindən gələrkən inkişaf etmiş ölkələrdən geri qalmadı və hətta bir çox məslələrdə onları qabaqladı.

- Bilirsinizmi, bu bəlada sosial rifahın qorunması əsasdır, amma ön yerdə əhalinin sağlamlığı dayanır.Bizim illərlə əldə etdiyimiz iqtisadi artım məhz bu gün köməyimizə gələcək. Cənab prezidentin göstərişi ilə 2004-cü ildən bu yana Azərbaycanın bütün regionlarında müasir xəstəxanaların tikintisinə start verildi. Azərbaycanın səhiyyə sistemində köklü işlər görüldü, 750-dən çox xəstəxana tikildi və ya tam təmir olundu. Bu gün elə şəhərimiz yoxdur ki orda müasir xəstəxana olmasın. Elə mart ayından bu yana cənab prezident 3 xəstəxananın açılışında iştirak edib. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.Bunun üçün dövlət 14,8 milyon vəsait ayırıb.Bu əgər koronavirus xəstələrinin sayı artarsa xəstəliyi nəzarətdə saxlaya bilməyimiz üçündür

- Bu mobil xəstəxanalar harda tikiləcək?

- Kommunikasiya problemi olmasın deyə yəqin ki, Bakıya və böyük şəhərlərə yaxın ərazidə tikiləcək. Süni nəfəs aparaları bu xəstəliyin müalicəsində çox vacibdir. Dövlət başçısı ilk iş olaraq bu aparatların alınıb ölkəyə gətirilməsinə sərəncam verdi və bu gün bütün xəstəxanalarda o aparatlar quraşdırılıb.

Sumqayıt sənaye parkı ərazisində maska və tibbi geyimlər istehsal edən zavodun işə düməsi çox önəmlidir. Bu gün dünyanın hava limalnalrından bir dövlət başqasına məxsus maska oğurlayırsa günlük istehsal gücü 200 000 maska istehsalına başlanması və dövlətin öz vətəndaşın yanında dayanması deməkdir. Bu həm də baş verəcək hər cür kataklizmlərdə gözlənilməz qlobal problemlər üzləşməsi zamanı dövlətin öz sənaesini buna uyğunlaşdırması və yaratması deməkdir. Biz bu strateji əhəmiyyətli işi bacardıq. İndiyə kimi ölkədə koronavirusla bağlı 60 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb.

Bunları görmək və qiymətləndirmək lazımdır. Bildiyimiz kimi ayın 9-da parlamentdə hökumətin hesabatı dinlənildi. Mən bir rəqəmi nəzərə çatdırmaq istəyirəm Bizim ÜDM 2,2 fazi artıb, qeyri-neft sektorunun inkişafında da böyük artım var. Ən böyük artım isə sənaye sahəsindədir -14 faiz. Məhz bunun nəticəsində biz buna nail olmuşuq.

- İlham müəllim, pandemiya günlərində dövlət başçısı tibb işçilərinin maaşının 3-5 misli qədər artırılması barədə göstəriş verdi. Amma xidmət sahəsi, sosial işçilər, süpürgəçilər də bu təhlükə zamanı işlərindən qalmadılar, əhaliyə xidmət etdilər. Onların əməyi qiymətləndiriləcəkmi?

- Bəli, bu gün belə desək “ön cəbhədə” çalışan insanlar var. Polislər, həkimlər, sosial işçilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, hansılar ki, bu günlərdə milyonlarla vətəndaşın sorğularını emal edir, problemlərinə dəstək olmağa çalışırdılar, onlar demək olar ki, 24 saat iş başında oldular. Biz dünən Milli Məclisin iclasında bütün bu fədakar insanların əməyini ayaq üstə alqışladıq. Əlbəttə, onların əməyi dövlət başçısının nəzərindədir və hesab edirəm ki , pandemiyadan sonra onların da əməyi qiymətləndiriləcək. Cənab prezident işini məsuliyyətlə görən hər bir vətəndaşın əməyini nəzərdə saxlayır və qiymətləndirir. Bu günə qədər belə olub və yəqin ki, yenə də olacaq.

- Bəs bu çətin dövrdə kredit məsələsi necə olacaq, kredit alan insanlara güzəştlər ediləcəkmi?

- Elman Rüstəmov dünən Mİlli Məclisdə çıxışı zamanı bildirdi ki, bu məsələ də müzakirə olunur.

-İlham müəllim, hələlik karantinin nə zaman qaldırılacağı bilinmir, pandemiyanın nə zaman sona çatacağı da həmçinin. Dövlətimiz daha nə qədər bu problemlərin öhdəsindən gəlmək gücündədir?

-Bu qlobal müharibədir. Hələlik, sonu görünmür,bunun sonrakı iqtisadi nəticələrinin də sonu da bilinmir. Bu mənada biz Ali baş Komandanın yanında olmalıyıq.Pandemiyadan sonrakı dövrdə onun vurduğu ziyanın aradan qaldırılması xeyli zaman alacaq.

Bu problemin nə qədər davam edəcəyi insanlarımızdan asılıdır. Hər şeyi dövlətin üzərinə yıxmaq və ondan gözləmək olmaz. Bizim sosial məsuliyyətimizdən çox şey asılıdır. Sosial yartdım yükü hələlik prel- may ayı üçün nəzərdə tutulub. Möhtərəm Prezidentimiz qeyd etdiyi kimi, ehtiyatlarımız var. Ərzaq ehtiyatımız ,ehtiyat valyuta ehtiyacımız yetərli qədərdir. Lakin dünyada neftin qiymətinin düşməsi, qlobal siyasətdə pandemiya ilə bağlı yaranmış vəziyyət fərqlidi, qeyri müəyyəndir. Hələ heç kim bəlanın sonunun nə zaman gələcəyini bilmir. Lakin tarix boyu yayılmış heç bir pandemiya əbədi davam etmədi.Əlbəttə bir gün bunun da sonu çatacaq. O günə qədər səbirli və güclü olmalıyıq. Biz birlikdə olsaq, güclü olsaq bunun da öhdəsindən gələcəyik.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
Son xəbərlər
Bütün xəbərlər »