Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Bu il sosial təminat növləri üzrə təyinatların elektron qaydada aparılması işləri davam etdirilib. Yanvar-mart aylarında e-qaydada 5 600 şəxsə pensiya, 24 000 şəxsə isə müavinət-təqaüd təyin edilib.

Bizimyol.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə ötən il və cari ilin ilk rübündə 65 minə yaxın şəxsə qeyd edilən sosial təminat növlərinin e-qaydada təyinatı aparılıb.

Bununla da həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, onlara e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

2019-cu ildə ölkəmizdə pensiya, müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış təyinat sistemləri işə salınıb. Ötən il bu proaktiv xidmətlər vasitəsilə 15 min şəxsə elektron qaydada pensiya, 20 min şəxsə e-qaydada müavinət-təqaüd təyin edilmişdi.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »