Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin qaydasını pozaraq kafe işlədən şəxs həbs edilib

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman Birinci Ərəbcəbirli kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkar edilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti verilən məlumata görə, həmin kafenin sahibi Sabit Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunub.

Qeyd edək ki, rayonun Birinci Ərəbcəbirli kənd sakini S.Məmmədov bir neçə gün öncə də karantin rejimi qaydalarını pozaraq gizli şəkildə kafe işlətdiyi üçün Polis Şöbəsinin əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmiş və barəsində protokol tərtib edilmişdi.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
Son xəbərlər
Bütün xəbərlər »