Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb

Ötən gün ərzində Rusiyanın 49 bölgəsində 1667 yeni koronavirus infeksiyası qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gazeta.ru-ya Moskvadakı koronavirusla əlaqəli vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərargahından bildirilib.

Məlumatda ötən gün ərzində 12 nəfərin öldüyü, 250 xəstənin sağaldığı qeyd olunur.

Ən çox yoluxma Moskvada (1030), ən az - Kemerovo bölgəsində (1), Xabarovsk diyarında (1) və Sevastopolda (1) qeydə alınıb.

Ümumilikdə bu günə qədər Rusiyada 82 bölgədə 13 584 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Onlardan 106 nəfər ölüb, 1045 nəfər isə sağalıb.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını elan edib. Son məlumatlara görə, dünyada 1.7 milyondan çox yoluxma hadisəsi qeydə alınıb.

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »