Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AMB: Xarici valyutada problemli kreditlərin həcmi azalıb

Azərbaycanda xarici valyutada olan problemli kreditlərin həcmi fevral ayı ərzində 2%-ə yaxın azalaraq cari il martın 1-nə milli valyuta ekvivalentində 567,7 mln. manat təşkil edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu kateqoriyadan olan problemli kreditlərin həcmi örtən ilin eyni dövrü ilə müqayisədə isə 28,4% azalıb.

Qeyd edək ki, 2020-ci il martın 1-nə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 696,4 mln. manat təşkil edib. Bunun isə 1 297,8 mln. manat və ya 8,3%-nin vaxtı keçib.

2020-ci il martın 1-nə əsasən vaxtı keçmiş kreditlərin 56,3%-i milli valyutada, 43,7%-i xarici valyutada olub.

Xatırladaq ki, xarici valyutada kreditlərin problemli kreditlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 50,3% təşkil edib.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »