Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vətəndaşların təxliyyə planları davam etdiriləcək”

“Aprelin 5-dən hər hansı hava və ya yerüstü beynəlxalq nəqliyyatdan söhbət gedə bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva REAL TV-ə müsahibəsində deyib.

Bildirib ki, vətəndaşlarımızın daha çox yaşadıqları ölkələr var ki, oradan geri qayıtmaq istəyənlərin sayı daha çoxdur: “Həmin ölkələrə, misal olaraq, Türkiyə, Ukrayna, Polşanı, eləcə də digər Orta Asiya ölkələrini göstərə bilərik. Həmin vətəndaşların müraciətləri müvafiq şəkildə məlumat bazasına daxil edilib. Operativ şəkildə Nazirlər Kabineti yanında Qərargaha ötürülüb. Hazırkı hərəkətliliyin məhdudlaşdırılması müvəqqəti xarakter daşıyır. Təxliyyə planları da karantin rejiminə uyğun həyata keçirilir. Əlbəttə ki, davam etdiriləcək. Sadəcə indiki zamanda əsas məqsəd ölkədə virusun yayılmasının sürətini minimuma endirməkdir. Bunun üçün də nəqliyyatlar müvəqqəti olaraq dayandırılıb”.

L. Abdullauyeva onu da qeyd edib ki, bu gün Azərbaycanda qalıb karantin qaydalarına riayət edən xarici vətəndaşların sayı heç də az deyil.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Livandan İsrailə raketlər atılıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
Son xəbərlər
Bütün xəbərlər »